Son dəqiqə

Rusiya Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyə təchizat təhlükəsizliyinə töhfələr verməyə davam edəcək - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyada 12-ci “Sankt-Peterburq Beynəlxalq Qaz Forumu” çərçivəsində təşkil edilən “Qlobal Təbii Qaz Bazarının Transformasiyası: Çağırışlar və İnkişaf Yolları” mövzusunda açılış sessiyasında iştirak edib.

TurkicWorld xəbər verir ki, nazir Bayraktar bu barədə öz rəsmi X sosial media hesabında bildirib.

"Türkiyə olaraq qaz kəşfiyyatı və hasilat sərmayələri, beynəlxalq boru kəmərləri, təbii qaz çənləri, LNG qurğuları, FSRU gəmiləri və təmin etdiyimiz resursların müxtəlifliyi ilə təkcə ölkəmizin deyil, həm də bölgəmizin təchizat təhlükəsizliyinə əhəmiyyətli töhfələr verməyə davam edəcəyik", - deyə o vurğulayıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər