Bakı. TurkicWorld:
İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.
"Türkiyə İsrail-Fələstin münaqişəsinin həll ilə bağlı diplomatik görüşlərə davam edir. Ölkəmiz sülhün təmin edilməsi üçün qarant olaraq öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdır", - deyə o bildirib.
Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada rəsmi səfərdədir.
Ləman Əsədli
Twitter: Lamanasadli01







