Son dəqiqə

Türkiyə İsrail Ömər Çelik AK Parti Qəzza

Ömər Çelik İsrailin Cibaliye qaçqın düşərgəsinə hücumunu pisləyib

Bakı. TurkicWorld:

İsrailin mülki və günahsız insanların olduğu Cibaliye qaçqın düşərgəsinə qarşı vəhşicəsinə hücumunu qınayırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik öz rəsmi X sosial media hesabında bildirib.

"Ən təməl insani dəyərlərə və beynəlxalq hüquqa məhəl qoymayan bu vəhşi hücum planlı bir qırğındır", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrail bu gün Qəzzada Cibaliye qaçqın düşərgəsini bombalayıb. Hadisə nəticəsində ən az 100 nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər