Son dəqiqə

Türkiyə Cevdet Yılmaz

Terrorizm demokratiyanın və inkişafın düşmənidir - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Demokratiyanın və inkişafın düşməni terrordur.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin vitse - prezidenti Cevdet Yılmaz deyib.

"Terrorun olduğu yerdə fundamental hüquq və azadlıqlardan bəhs oluna bilməz. Terrorun olduğu yerdə ixtisaslı insanları və kapitalı saxlaya, investisiya mühitini yaxşılaşdıra bilməzsiniz. Terror mühitində kapital qaçıb başqa yerə gedir. Terror ən böyük zərəri Şərqdə və Cənub-Şərqdə yaşayan kürd vətəndaşlarımıza verib. Terror təşkilatları PKK heç vaxt kürdlərin nümayəndəsi olmadığı kimi, DEAŞ da müsəlmanların nümayəndəsi deyil. Kürd vətəndaşlarımızın problemlərini həll etmək üçün onlarla danışmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Kürd vətəndaşlarımızla hər zaman hər cür problemdən danışırıq. Buna heç bir şübhəniz olmasın. Biz şəxsiyyətlərə hörmət edirik. Biz tarixə və sivilizasiyaya malik bir ölkəyik",- deyə Cevdet Yılmaz bildirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər