Son dəqiqə

Türkiyə PKK

Türkiyə Milli Kəşfiyyat İdarəsi PKK "lider"ini məhv etdi

Bakı. TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirilən əməliyyatda PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının Derik briqadasının "lideri" olan "Şibli Derik" ləqəbli Məhəmməd Azo MİT tərəfindən Suriyada məhv edilib.

Qeyd edək ki, terrorçu 2 fevral 2022-ci ildə Şırnak/Cizre-Silopi yolunda 1-ci Sərhəd Taburu Komandanlığının Yakacık Polis Bölməsinə qarşı hücumun planlaşdırılmasında iştirakına görə axtarışa verilib. Hücum əsgər Tarık Tarcanın şəhid olması, daha üç əsgərin isə yaralanması ilə nəticələnib.

Terrorçu MİT tərəfindən ötən il hədəfə alınıb, lakin yaralı halda xilas ola bilib. PKK terror təşkilatı tərəfindən müalicə üçün xaricə göndərilən terrrorçunun Suriyanın şimalnda Derik bölgəsinə geri döndüyünə dair məlumat daxil olduqdan sonra MİT hərəkətə keçib.

Mövzuya görə xəbərlər