Bakı. TurkicWorld:
Türkiyə yeni əsrə adını qızıl hərflərlə yazıb.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi sosial media hesabında etdiyi paylaşımda bildirib.
"Türkiyə Cümhuriyyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türk Əsrinə doğru möhkəm addımlarla irəliləyir. Dünənki arzular gerçəkləşib. Kızılelma uçuşa hazırdır, İmece ilə kosmosa addım atdıq, yerli avtomobilimiz Togg yollardadır. Təbii ki, asan olmadı, amma bacardıq. Türkiyə Cümhuriyyəti yeni əsrə adını qızıl hərflərlə yazır. Türk əsri indi başlayır”,- deyə paylaşımda qeyd olunub.







