Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Mehmet Şimşek

KKTC-nin inkişafına dəstək verməyə davam edəcəyik - Mehmet Şimşek

Bakı. TurkicWorld:

Şimali Kiprin inkişafına dəstək verməyə davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek öz rəsmi sosial media hesabında məlumat verib.

"İki dost və qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə KKTC-nin maliyyə naziri Özdemir Berova ilə faydalı və məhsuldar görüş keçirdik. KKTC Maliyyə Nazirliyinə institusional potensialı gücləndirmək üçün hər cür dəstəyi verməyə hazırıq. Bu çərçivədə nazirliyimizin texnoloji infrastrukturunun KKTC-də istifadəsi başda olmaqla bir çox mövzularda konkret addımlarla əməkdaşlığımızı gücləndirərək, Şimali Kiprin inkişafı üçün lazımi texniki və maliyyə dəstəyi verməyə davam edəcəyik”,- deyə məlumatda bildirilib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər