Türkiyənin Bayraktar TB3 SİHA-sı ilk uçuşunu uğurla həyata keçirib (ÖZƏL)

Türkiyənin Bayraktar TB3 SİHA-sı ilk uçuşunu uğurla həyata keçirib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin LHD platformalarında uçuş və eniş üçün nəzərdə tutulmuş Baykarın milli və yerli imkanlarla inkişaf etdirdiyi ilk Silahlı İnsansız Uçuş Aparatı (SİHA) olan Bayraktar TB3 ilk uçuşunu uğurla həyata keçirib.

TurkicWorld-a Türkiyənin hərbi mənbələrindən verilən məlumata görə, qatlana bilən qanad quruluşuma malik olan TB3 SİHA, TCG Anadolu kimi qısa uçuş-enmə zolağına sahib gəmilərindən qalxıb-eniş etmə qabiliyyətinə sahib ilk dünyanın silahlı pilotsuz uçuş aparatıdır.

O, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinindən aralıda olmasına baxmayaraqda əlaqə qura bilmə qabiliyyətinədə sahib olacaq.

SİHA qatlana bilən qanadlara, SATCOM faydalı yükünə, min 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma vaxtına, altı ədəd silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, Bayraktar TB3 SİHA-sı TB2 üzərində inkişaf etdirilib.