Türkiyəsiz Orta Dəhliz ola bilməz - Uraloğlu

Türkiyəsiz Orta Dəhliz ola bilməz - Uraloğlu

Bakı. TurkicWorld:

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qlobal Gateway Forumunda iştirak etmək üçün Brüsselə rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, o, bu barədə öz rəsmi X sosial media hesabında açıqlama verib.

Məlumata əsasən, Uraloğlu səfər çərçivəsində Avropa İttifaqının nəqliyyat üzrə komissarı Adina Valean ilə görüşüb.

“Avropa İttifaqı çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı qiymətləndirdiyimiz görüşdə ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində əhəmiyyəti barədə məlumat verdik", - deyə o paylaşımında bildirib.

Bundan əlavə, nazir Uraloğlu Türkiyənin beynəlxalq nəqliyyat dəhlizlərində də əhəmiyyətini vurğulayıb.

O, həmçinin, 30 İyunda Avropa və Mərkəzi Asiya arasında Dayanıqlı Nəqliyyat Əlaqələri mövzusunda dərc edilən araşdırmaya toxunaraq bildirib ki, Orta Dəhliz ilə bağlı hesabatda Aİ ilə Mərkəzi Asiya arasında davamlı nəqliyyat əlaqələri və investisiya imkanları müəyyən edilib və Türkiyə hesabatda yer almayıb.

“Adina Valeana, təqdir edəcəyiniz kimi, Türkiyəsiz orta dəhlizdən danışa bilmərik. Aydındır ki, bu araşdırmalarda alınacaq investisiya qərarları Türkiyəni də əhatə edəcək şəkildə yenilənməlidir", - deyə o bildirib.

Ləman Əsədli
Twitter: Lamanasadli01