Son dəqiqə

Türkiyə Selçuk Bayraktar Baykar Bayraktar TB3

Bayraktar TB3 SİHA 3-cü qaçış testini uğurla başa vurub

Bakı. TurkicWorld:

Bayraktar TB3 SİHA 3-cü sürətli qaçış testini uğurla başa vurub.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Baykar şirkətinin idarə heyəti rəhbəri Səlcuq Bayraktar sınaqların görüntülərini paylaşıb.

"Əvvəl göyə, sonra TCG Anadoluya",- sözləri paylaşılan görüntülərdə yer alıb.

Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.

Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

Mövzuya görə xəbərlər