Bursa

Bursada çoxmənzilli yaşayış binasında yanğın baş verib

Bakı. TurkicWorld:

Bursada çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.

TurkicWorld-un məlumatına görə, əraziyə yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib.

Güclü tüstüdən evlərində sıxılmış vəziyyətdə qalan mənzil sakinləri eyvanlarına çıxaraq kömək istəyiblər. Yanğınsöndürən briqadalar alova müdaxilə edib və sakinləri yanğın nərdivanları vasitəsilə təxliyyə ediblər.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər