Son dəqiqə

Mehmet Şimşek

Xarici investorların ölkəmizə marağı artıb – Mehmet Şimşek

Bakı. TurkicWorld:

Xarici investorların ölkəmizə marağı artıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Qaziantepdə keçirilən HORASIS Qlobal Toplantısında deyib.

“Bundan əlavə, təbii qaz və neft hasilat potensialımız qarşıdakı dövrdə enerji tələbatımızın bir hissəsini ödəyəcək. Son zamanlar xarici investorların ölkəmizə marağı artıb. Xaricdən əhəmiyyətli maliyyə imkanları təmin ediləcək. Beynəlxalq ehtiyatlarda yaxşılaşma davam edir. Önümüzdəki dövrdə pul və fiskal siyasət praktikaları hərtərəfli struktur islahatları ilə dəstəklənəcək.”- deyə Şimşek bildirib.

O qeyd edib ki, Türkiyə beynəlxalq ticarət üçün əlverişli mərkəzin yerləşməsi, böyük daxili bazarı, gənc və dinamik əhalisi, ixtisaslı və rəqabətədavamlı işçi qüvvəsi, liberal investisiya mühiti və tamamlanmış logistika infrastrukturu ilə investorlar üçün çox cəlbedici ölkədir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər