Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb
TurkicWorld-un məlumatına görə, görüşdə İsrailin Qəzzada günahsız vətəndaşlara qarşı törətdiyi insan haqları pozuntuları və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.
“Fələstinlilərin öz vətənlərini tərk etməyə məcbur edilməsi qəbuledilməzdir” – deyə Ərdoğan bildirib.
Ərdoğan görüşdə Fələstin torpaqlarına qarşı vəhşiliyin getdikcə dərinləşdiyini, xəstəxana, məktəb və ibadət yerlərinin bombalanmasına qarşı Qərb ölkələrinin susqunluğunun Qəzzada yanğını artırdığını bildirib.
O, Türkiyənin sülhün təmin edilməsi, Qəzzaya humanitar yardım və səhiyyə xidmətlərinin ən qısa zamanda çatdırılması üçün səylərini davam etdirəcəyini bildirib.
Hafiz Rufizoğlu