TB3 PUA daha bir sınağını uğurla tamamlayıb

TB3 PUA daha bir sınağını uğurla tamamlayıb

Bakı. TurkicWorld:

Türkiyənin qatlana bilən qanad konstruksiyasına malik TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (PUA) ilk təkər kəsmə sınağını uğurla tamamlayıb.

TurkicWorld-un məlumatına görə, Baykar tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar TB3 SİHA, ilk uçuşu üçün günləri sayır. Qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq TB3 PUA, ilk təkər kəsmə testini müvəffəqiyyətlə tamamlayıb.

Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.

Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.