Bakı. TurkicWorld:
Fransa Türkiyəyə ən çox beynəlxalq investisiya yatıran ilk 10 ölkə arasındadır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek öz rəsmi X sosial media hesabında bildirib.
Məlumata əsasən, Şimşek Societe Generale-nin ev sahibliyi ilə Fransada yerləşən investisiya fondlarının və təxminən 4 trilyon avronu idarə edən bankların yüksək səviyyəli rəsmilərinə Türkiyə iqtisadiyyatı barədə məlumat verib.
Bundan əlavə, M.Şimşek Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire ilə ikitərəfli ticarətin və qarşılıqlı investisiyaların necə artırılacağı ilə bağlı məsləhətləşmələr aparıb.
O, həmçinin Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol ilə görüş keçirib.
"Dünən Fransa-Almaniya Forumunda 70-ə yaxın şirkətin CEO-CFO-larına Türkiyədəki investisiya imkanlarını izah etdik. İnvestorlarla görüşlərimiz gələn həftə Körfəz ölkələrinə səfərlərimizlə davam edəcək. Səfərlərimizin məqsədi ölkəmizin yeni proqramını izah etmək, məşğulluq və yüksək əlavə dəyər təmin edəcək daimi investisiyaları cəlb etməkdir”, - deyə M.Şimşek vurğulayıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01