Son dəqiqə

Türkiyə Fələstin İsrail Ömər Çelik AK Parti Qəzza

İsrail təhlükəsizlik qüvvələrinin Qəzza xalqına qarşı hərəkətləri bütün humanitar dəyərlərə, insan haqlarına və beynəlxalq hüquqa ziddir - Ömər Çelik

Bakı. TurkicWorld:

İsrail təhlükəsizlik qüvvələrinin Qəzza xalqına qarşı hərəkətləri bütün humanitar dəyərlərə, insan haqlarına və beynəlxalq hüquqa ziddir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"Qərb hökumətlərinin Fələstinə dəstək nümayişlərinə təzyiq göstərməsi və Fələstin xalqını dəstəkləməyi cinayət hesab edən yanaşmalar yaratması qəbuledilməzdir. İsrail təhlükəsizlik qüvvələrinin Qəzza xalqına qarşı hərəkətləri bütün humanitar dəyərlərə, insan haqlarına və beynəlxalq hüquqa ziddir. Bir çox Qərb ölkələrində meydanlarda və universitetlərdə Fələstinə dəstək nümayişlərinə edilən təzyiqlər bəzilərinin öz cinayətlərini ört-basdır etmək cəhdidir. Hətta uşaq ölümlərinə də seçmə ədalətlə yanaşanların ədalətlə bağlı heç bir əlaqəsi yoxdur",- deyə Ömər Çelik bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 min 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Mövzuya görə xəbərlər