Son dəqiqə

Türkiyə Türksat 6A Abdulkadir Uraloğlu

Türksat 6A bu günə qədər bütün sınaqlardan uğurla keçib

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli rabitə peyki olan Türksat 6A bu günə qədər bütün sınaqlardan uğurla keçib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Zaman keçdikcə Türkiyə bu sahədə böyük irəliləyiş əldə edib və özünün ilk yerli rabitə peyki olan Türksat 6A-nı istifadəyə verəcək. Türksat 6A rabitə peykimiz rabitə peykləri istehsalında ölkəmizi dünyanın ilk 11 ölkəsindən biri edəcək. Türksat 6A, 42 şərq uzunluğunda xidmət göstərəcək və geosentrik orbitdə 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə yerli və milli rabitə peyki 20 ötürücü ilə təchiz olunacaq. Peyk Ku diapazonunda xidmət göstərəcək və əvvəlki peyklərin çatmadığı Cənub-Şərqi Asiya kimi bölgələrə daşımanı təmin edəcək. Türksat 6A peykinin inteqrasiyası və sınaqları, Türkiyə Müdafiə Sənayesi Başçılığı (SSB) və TUSAŞ ilə əməkdaşlıqda həyata keçirilir. Türksat 6A peyk layihəsində istilik strukturu və mühəndislik modellərinin istehsalı, inteqrasiyası və sınaqları həyata keçirilir. Birinci sistem səviyyəli funksional testlər, termal vakuum testi, vibrasiya testi, akustik test və elektromaqnit uyğunluq testləri də tamamlanıb",- deyə nazir bildirib.

Uraloğlu əlavə edib ki, Türksat 6A 2024-cü ilin mart ayında təhvil veriləcək.

Məlumat üçün bildirək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.

Mövzuya görə xəbərlər