Afrika qitəsinin qlobal sistemdə öz layiqli yerini tutması üçün lazım olan hər cür töhfəni verməyə davam edəcəyik - Ərdoğan

Afrika qitəsinin qlobal sistemdə öz layiqli yerini tutması üçün lazım olan hər cür töhfəni verməyə davam edəcəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Afrika qitəsinin qlobal sistemdə öz layiqli yerini tutması üçün lazım olan hər cür töhfəni verməyə davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Müdafiə sənayesi Türkiyənin son illərdə ən böyük irəliləyiş əldə etdiyi sektorlar arasındadır. Biz pilotsuz uçuş aparatları üzrə dünyada ilk üç ölkədən biriyik. Akıncı ilə qazandığımız sürəti, KIZILELMA ilə növbəti liqaya daşıyırıq. Döyüş gəmisi texnologiyası baxımından biz öz gəmilərini dizayn edə, inkişaf etdirə, inşa edə və saxlaya bilən 10 ölkə arasındayıq. Sülh və təhlükəsizliyin inkişafın əsas şərtləri olduğu şüarı ilə bu sahədəki təcrübəmizi afrikalı dostlarımızla bölüşməyə hazırıq. Biz Afrika coğrafiyasının uğurunu öz uğurumuz hesab edirik. Bu kontekstdə biz Yeni Dehlidə keçirilən son G20 Sammitində Afrika Birliyinin üzvlüyünü alqışladıq. Afrika qitəsinin qlobal sistemdə öz layiqli yerini tutması üçün lazım olan hər cür töhfəni verməyə davam edəcəyik",- deyə Ərdoğan bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_