Bakı. TurkicWorld:
Türkiyə ilə Afrika əlaqələri ticarətdən investisiyaya, mədəniyyətdən təhsilə qədər hər sahədə inkişaf edir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində Türkiyə-Afrika 4-cü Biznes və İqtisadiyyat Forumunun Bağlanış Mərasimində çıxışı zamanı deyib.
"Afrika ilə ticarət-iqtisadi əlaqələrin inkişafı strategiyasını ilk dəfə 2003-cü ildə həyata keçirmişik. Sonra 2005-ci ili ölkəmizdə Afrika ili elan etdik və qitə ilə əlaqələrimizdə yeni səhifə açdıq. Qitə ilə 5,4 milyard dollar olan ticarət həcmi 41 milyard dollara yaxınlaşıb. Bütün Afrikadakı səfirliklərimizin sayını 44-ə çatdırdıq. 38 Afrika səfirini Ankarada qəbul etməkdən məmnunuq. Ticarət və iqtisadi əməkdaşlıq müqavilələrimiz olan ölkələrin sayı 48-ə çatıb. Türkiyənin xarici siyasətində Afrikanın xüsusi rolu var", - deyə o əlavə edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01