Son dəqiqə

Türkiyə İstanbul Afrika Nail Olpak DEİK

Türkiyə və Afrika iş adamları İstanbulda bir araya gəlib

Bakı. TurkicWorld:

İstanbul Konqres Mərkəzində dördüncü Türkiyə-Afrika iş və iqtisadiyyat forumu keçirilir.

TurkicWorld-un məlumatına görə, Türkiyə-Afrika iş və iqtisadiyyat forumu (TABEF), Türkiyə Ticarət nazirliyinin ev sahibliyi, Afrika İttifaqının koordinasiyası və DEİK-in təşkilatçılığı ilə keçirilir.

Türkiyənin Xarici iqtisadi əlaqələr şurasının (DEİK) sədri Nail Olpak, önümüzdəki dövrdə günəş, külək və yaşıl hidrogen kimi təmiz enerji mənbələrindən istifadənin daha çox önə çıxacağını ifadə edərək qeyd edib ki, bizim prioritetimiz Afrikalı dostlarımızı dəstəkləməkdir. İnfrastruktur layihələrində, xüsusilə nəqliyyat, enerji və səhiyyə sahələrində qazan-qazan prinsipi çərçivəsində əməkdaşlığımızı artırmaq istəyirik.

Olpak, tədbirin açılışındakı çıxışında forumda keçiriləcək görüşlər, panellər, B2B və G2B görüşləri və imzalanacaq müqavilələrlə Türkiyə ilə Afrika arasında yeni körpülər inşa ediləcəyini və bundan sonra da yeni körpülər quracaqlarını bildirib. Əvvəl 50 milyard dollar sonra 75 milyard dollar olan ticarət həcmi hədəfinə çatmaq üçün əhəmiyyətli addımların atılacağını qeyd edib.

“İnfrastruktur investisiyaları qlobal iqtisadi problemlərin həllində mühüm rol oynayır. Yaşıl və rəqəmsal transformasiya dünya gündəmindədir və hər sektorda istehsal və istehlak vərdişlərini dəyişdirəcək bu transformasiyalar həm də əhəmiyyətli bir paradiqma dəyişikliyinə səbəb olub. Günəş, külək və yaşıl hidrogen kimi təmiz enerji mənbələrindən istifadə önümüzdəki dövrdə daha çox önə çıxacaq. Bizim prioritetimiz afrikalı dostlarımızla infrastruktur layihələrində, xüsusilə nəqliyyat, enerji sahələrində əməkdaşlığımızı artırmaqdır",- deyə Nail Olpak əlavə edib.

Logistika sərmayələrinin daha da ön plana çıxmasını gözlədiklərini ifadə edən Olpak, qlobal ticarətdə yeni regional əməkdaşlıq və ticarət yollarının gündəmdə olduğunu və bu ticarət yollarının konkretləşdirilməsinin yeni nəqliyyat, enerji və kommunikasiya infrastrukturları ilə mümkün olacağını bildirib. O deyib ki, inteqrasiya olunmuş “intermodal” infrastrukturlar daha çox əhəmiyyət kəsb edəcək.

"Türkiyə özünəməxsus infrastruktur sərmayələri edərkən ciddi təcrübə qazanıb və ölkə bərpa olunan enerji, xüsusilə külək, günəş və geotermal sahələrində əhəmiyyətli biliklər əldə edib, ənənəvi enerji mənbələrində enerji dəhlizinə çevrilib. Ticarətlə yanaşı, ticarətin tələb etdiyi infrastruktur sərmayələrində də işbirlikləri ön plana çıxıb. Türk iş dünyası olaraq afrikalı dostlarımızla hər sahədə daha çox ortaq infrastruktur investisiyalarına hazırıq”,- deyə DEİK sədri bildirib.

Qeyd edək ki, Türkiyənin Afrika qitəsi ilə ümumi ticarət həcmi 2003-cü ildə 1,35 milyard dollar olduğu halda, keçən il 40,7 milyard dollara yüksəlib. 2023-cü ilin sonuna qədər Afrika qitəsində ümumi ticarət həcmi hədəfi 50 milyard dollar, daha sonra isə bu hədəf 75 milyard dollar olaraq təyin olunub.

Məlumat üçün bildirək ki, Afrikanın inteqrasiyası, iqtisadi inkişafı və sənaye inkişafı üçün mühüm strateji tərəfdaş olan Türkiyə, Afrika ölkələri ilə iqtisadi əlaqələrini qazan-qazan prinsipi çərçivəsində inkişaf etdirir.

Türkiyənin Afrikaya ixracatındakı dəyişiklik qlobal tendensiyaya bənzəyir. Türkiyənin Afrikaya ixracatı 2021-ci ildə yenidən sürət qazanaraq 21,2 milyard dollara, 2022-ci ildə isə 23,6 milyard dollara çatıb. Türkiyənin Afrikadan idxalı 2022-ci ildə 9,5 milyard dollar təşkil edib.

Mövzuya görə xəbərlər