Bakı. TurkicWorld:
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı İsrail və Fələstin münaqişəsində son hadisələr müzakirə olunub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Ləman Əsədli
Twitter: Lamanasadli01







