Bakı. TurkicWorld:
Türkiyənin aviasiya mühərrikləri sahəsində lider şirkətlərindən biri olan TUSAŞ, SAHA İstanbul və Birləşmiş Ərəb Əmirliklərinin ən böyük müdafiə və aerokosmik şirkətlər qrupu olan EDGE tərəfindən təşkil edilən SAHA-EDGE Müdafiə sənayesi toplantısında iştirak edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin İlk Milli Turbodizel Aviasiya Mühərriki (TEI) şirkətindən açıqlama verilib.
"SAHA İstanbula üzv şirkətlər üçün xüsusi olaraq təşkil edilən və Türkiyə müdafiə sənayesinin ixracını artırmaq, yeni investisiya imkanlarını qiymətləndirmək məqsədi daşıyan tədbirdə TEİ müdafiə və aviasiya sahəsində əməkdaşlıq protokolu imzalayıb. Türkiyədə keçirilən tədbirdə ölkənin ən güclü aviasiya mühərriki olan TEI-TF10000 sərgilənib",- deyə açıqlamada bildirilib.







