Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Ömər Bolat

Ömər Bolat Aİ rəsmisi ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat Brüsseldə Avropa İttifaqının İqtisadiyyat Komissarı Paolo Gentiloni ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə nazir Bolat öz rəsmi X (twitter) sosial media hesabında bildirib.

Məlumata əsasən, görüş çərçivəsində Türkiyə ilə Aİ arasında ticarət-iqtisadi əlaqələrin gələcəyi və gömrük əməkdaşlığı müzakirə edilib.

"Türkiyə ilə Aİ arasında ikitərəfli ticarətin bütün sahələri əhatə etməsinin vacibliyini vurğuladıq. Gömrük İttifaqı ilə əldə etdiyimiz iqtisadi inteqrasiya sayəsində Aİ ilə ikitərəfli ticarət həcmimiz 2022-ci ildə təxminən 200 milyard dollara çatıb. Qarşılıqlı addımlarla ticari və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək üçün Türkiyənin ən böyük ticarət tərəfdaşı olan Aİ ilə birgə işimizi davam etdirəcəyik", - deyə Bolat qeyd edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər