Son dəqiqə

Türkiyə Fəxrəddin Altun

Türkiyə hər zaman müxtəlif dinlər arasında qarşıdurmanı qızışdıran istənilən siyasi cəhdin əleyhinə olacaq - Altun

Bakı. TurkicWorld:

Türkiyə hər zaman müxtəlif dinlər arasında qarşıdurmanı qızışdıran istənilən siyasi cəhdin əleyhinə olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Mor Efrem Süryani Qədim Pravoslav Kilsəsinin dünənki açılış mərasimində iştirak etməsi ilə tarixi bir məqam idi. Cənab prezident hər zaman bütün vətəndaşların dini azadlıqlarını müdafiə etdiyi, kilsələrin abadlıq və bərpa işlərinin qarşısındakı hüquqi və inzibati maneələrin aradan qaldırılmasını təmin etdiyi dünənki açılışla bir daha sübut olundu. Biz Türkiyə olaraq dini azadlıqlara sadiqliyimizi qətiyyətlə davam etdirəcəyik",- deyə Altun bildirib.

Fəxrəddin Altun qeyde dib ki, müsəlmanlara qarşı təəssübkeşliyin və nifrətin artdığı bir dövrdə biz din azadlığa olan bağlılığımızı qətiyyətlə qoruyacağıq. Eyni zamanda, müsəlmanların dini dəyərlərinə və simvollarına hörmətsizlik edən təxribatlara heç vaxt dözə bilmərik. Bu gün dünyanın tolerantlığa və qarşılıqlı anlaşmaya hər zamankından daha çox ehtiyacı var. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hər zaman müxtəlif dinlər arasında qarşıdurmanı qızışdıran istənilən siyasi cəhdin əleyhinə olacaq.

Xatırladaq ki, 8 oktyabr tarixində Türkiyə Respublikası tarixində inşa edilən ilk Süryani Pravoslav Kilsəsinin açılış mərasimi keçirilib.

Mövzuya görə xəbərlər