Son dəqiqə

Türkiyə BMT Afrika Türkiyə Silahlı Qüvvələri TBMM

Türkiyə ordusunun Afrikada BMT tərəfindən həyata keçirilən əməliyyatlarda səlahiyyətlərinin uzadılması təklif edilib

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Afrika Respublikasında həyata keçirilən əməliyyatlarda və missiyalarda iştirakı ilə bağlı Türkiyə Silahlı Qüvvələrinə (TSK) verilən səlahiyyətin bir il uzadılması ilə bağlı memorandum Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəyasət Heyətinə təqdim edilib.

TurkicWorld-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən memorandumda BMT Təhlükəsizlik Şurasının qərarı ilə daha əvvəl Mərkəzi Afrika Respublikasında Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının (MINUSMA) yaradıldığı qeyd edilib.

“Ölkəmizin Afrikada regional sabitliyə və sülhə təhlükə yaradan humanitar və siyasi böhranların həllinə yönəlmiş hərbi töhfəsi, ümumilikdə regionda və Afrika qitəsində izlədiyimiz fəal xarici siyasətimizin təbii davamıdır.”, - deyə memorandumda bildirilib.

Memorandumda TBMM tərəfindən sonuncu dəfə 26 oktyabr 2022-ci ildə uzadıldığı xatırladılan Türkiyə Silahlı Qüvvələrinin vəzifə müddətinin Prezident tərəfindən veriləcək icazənin və müəyyən ediləcək prinsiplər çərçivəsində 31 oktyabr 2023-cü il tarixindən etibarən bir il müddətində uzadılması tələb edilib.

Ləman Əsədli

Mövzuya görə xəbərlər