AVRO-2032-yə Türkiyə və İtaliya ev sahibliyi edəcək

AVRO-2032-yə Türkiyə və İtaliya ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

AVRO-2032-yə Türkiyə və İtaliya ev sahibliyi edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə qərar İsveçrənin Nyon şəhərində keçiriləcək UEFA İdarə Heyətinin toplantısından sonra rəsmən açıqlanacaq.

Məlumata əsasən, iki ölkənin federasiya nümayəndə heyətləri bu gün UEFA-nın mənzil-qərargahında görüşəcək və sabah UEFA İcraiyyə Şurasına yekun təqdimatlarını edəcəklər.

Qeyd edək ki, AVRO-2032 Türkiyə və İtaliyanın ümumilikdə 10 şəhərində keçiriləcək. İki ölkə tək namizədlik üçün hazırladıqları sənədlərdə hər biri 10 şəhər seçib. Birgə namizədliyi rəsmi elan etdikdən sonra iki ölkənin federasiyaları hər ölkədə qarşılaşmaların keçiriləcəyi beş şəhəri müəyyənləşdirəcək.

Hər iki ölkədə eyni sayda qrup, 1/8 final, 1/4 final və yarımfinal oyunları keçiriləcək.

Ləman Əsədli
Twitter: lamanasadli01