Türkiyənin Albatros pilotsuz dəniz gəmisinin sınağı uğurla tamamlanıb (ÖZƏL)

Türkiyənin Albatros pilotsuz dəniz gəmisinin sınağı uğurla tamamlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan Albatros pilotsuz dəniz gəmisinin (İDA) Mersində sınaq atışı uğurla tamamlanıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, sınaq zamanı səkkizlik sürü halında hərəkət edə bilən Albatros hədəf gəmiyə hücum edib.

Roketsan istehsalı olan döyüş başlığını daşıyan Albatros Kamikaze İDA hədəf gəmiyə dəyib və partlayıb. Müvəffəqiyyətlə başa çatan sınaq atışları nəticəsində 22 metrlik hədəf gəmisi dəqiqələr ərzində suya batırılıb.

Qeyd edək ki, Albatros suda olan partlayıcının düşmən hədəflərini yüksək sürətlə vurub partlamasını təmin edən kamikadzedir.

Fərqli naviqasiya birləşmələri tətbiq edə bilən Albatros sürü elementləri və hərəkətli/hərəkətsiz maneələrdən qaçaraq sürüdəki azalmaya qarşı missiyasını davam etdirmə qabiliyyətinə malikdir.

Ləman Əsədli
Twitter: Lamanasadli01