Son dəqiqə

Entoni Blinken Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Hakan Fidan Blinkenlə Suriya və İraqdakı əməliyyatları müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Suriya və İraqdakı terror əməliyyatlarını müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Görüş zamanı Hakan Fidan ABŞ-ın müttəfiqi olaraq Suriyanın şimalında terror təşkilatı YPG ilə əməkdaşlığı dayandırmalı olduğunu qeyd edib.

O qeyd edib ki, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatları qətiyyətlə davam edəcək.

Görüşdə Türkiyənin bölgədə davam edən əməliyyatları çərçivəsində İraq və Suriyadakı Amerika qüvvələri ilə arasında olan gərginliyi azaltma mexanizmi də gündəmə gətirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər