Bakı,TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Yaponiyanın xarici işlər naziri Takeşi İwaya ilə görüşüb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları arasında ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı, müdafiə sənayesi və qabaqcıl texnologiya sahəsində əməkdaşlıq, həmçinin Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri yer alıb.
Fidan, İsrail-Fələstin münaqişəsinə toxunaraq, atəşkəsin daimi olması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb. O, münaqişənin yalnız "iki dövlətli həll yolu" ilə sona çata biləcəyini bəyan edib.







