HÜRJET-in performans testləri davam edir

HÜRJET-in performans testləri davam edir

Bakı. TurkicWorld:

Türkiyənin ilk pilotlu reaktiv mühərrikli təyyarəsi olan HÜRJET-in yanma sonrası (after burner) sınaqları uğurla həyata keçirilib.

TurkicWorld-un məlumatına görə, TUSAŞ tərəfindən hazırlanan HÜRJET, ikiqat kokpit yüksək güc performans testlərini davam etdirir.

Qeyd edək ki, HÜRJET Reaktiv Təlim Təyyarələri Layihəsi çərçivəsində işlər, 2017-ci ilin avqust ayında başlayıb. İstehsalı tamamlanan ilk komponent 10 iyun 2022-ci il tarixində təşkil edilən mərasimlə son montaj xəttinə daşınıb və layihənin ən mühüm hissələrindən biri olan mühərrik, 30 yanvar 2023-cü ildə işə salınıb. HÜRJET ilk uçuşunu aprelin 25-də edib.

Uçuş sınaqlarını davam etdirəcək HÜRJET-in variantları arasında Reaktiv Təlim Təyyarəsi, Akroteam Nümayiş Təyyarəsi, Döyüş Hazırlığı Təyyarəsi, Qırmızı Təyyarə və Təyyarədaşıyıcı Eniş-Kayış versiyaları var.

Məlumat üçün bildirək ki, 27 dekabr 2022-ci il tarixində Müdafiə Sənayesi Rəhbərliyi ilə Türkiyə Aerokosmik Sənayesi arasında imzalanan müqavilə çərçivəsində, birinci mərhələdə 4 təyyarə, lazımi mərhələdə isə əlavə 12 təyyarə üçün razılıq əldə olunub.

Layihə çərçivəsində ikinci prototipin ilk uçuşu 2024-cü ilin iyun ayında planlaşdırılır.