Son dəqiqə

Azərbaycan Türkiyə Ömər Çelik AK Parti

Prezident İlham Əliyevin bütün qərarlarını təqdir edirik - Ömər Çelik

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin bütün qərarlarını təqdir edirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyənin iştirak şərti qəbul edilmədiyi üçün İspaniyaya səfərini ləğv edib. Biz bunu yüksək qiymətləndiririk. Türkiyənin masada olmaması Avropa İttifaqının vizyonsuzluğunun bariz nümunəsidir. Təsəvvür edirsiniz, bu görüşdə Fransa, Almaniya, Aİ və Ermənistan iştirak edəcək, Azərbaycanı dəvət edirlər, amma Türkiyə yoxdur",- deyə Ömər Çelik bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib.

Mövzuya görə xəbərlər