Bakı. TurkicWorld:
2024-cü ildə Türkiyədə 102-si beynəlxalq olmaqla, 348 yarmarka təşkil olunacaq.
TurkicWorld-a bu barədə Türkiyə Odalar və Birjalar Birliyindən (TOBB) məlumat verilib.
TOBB 2024-cü il sərgi təqvimini dərc edib və müvafiq olaraq, gələn il 102-si beynəlxalq olmaqla, 348 yarmarkanın keçirilməsinə icazə verib.
Gələn il ən sıx yarmarka proqramı oktyabr ayında olacaq, 60 yarmarka keçiriləcək. Oktyabr ayını 47 yarmarka ilə may, 40 yarmarka ilə fevral və noyabr ayları izləyəcək.
Şəhərlərə görə müqayisədə, ən çox yarmarka 195 təşkilatçılıqla İstanbulda keçiriləcək.
İstanbulu 34 sərgi ilə İzmir, 20 sərgi ilə Antalya, 15 sərgi ilə Ankara və 14 sərgi ilə Bursa izləyəcək.
2024-cü ildə təhsil sektorunda 34 yarmarka keçiriləcək. Kənd təsərrüfatı və heyvandarlıq sektorunda 30, qida sektorunda 28, istilik, soyutma və havalandırma sektorunda 20, dərman və tibbi cihazlar sektorunda 13, mebel sektorunda 11 yarmarka təşkil olunacaq.