Budapeştdə Şimali Kipr Türk Respublikasının turizm potensialı tanıdılıb

Budapeştdə Şimali Kipr Türk Respublikasının turizm potensialı tanıdılıb

Bakı. TurkicWorld:

Budapeştdə Şimali Kipr Türk Respublikasının (KKTC) turizm potensialı tanıdılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə KKTC-nin Budapeşt Nümayəndəliyi bildirib.

THY-nin Budapeşt uçuşlarının 25-ci ildönümü və Macarıstandakı bazar payının artırılması üçün Şimali Kiprin turizminə töhfə vermək məqsədi ilə təşkil edilən ortaq tədbirdə KKTC Budapeşt nümayəndəsi Özgür Ezel və THY rəsmiləri Macarıstanın aparıcı turizm agentliklərinə geniş təqdimatla çıxış ediblər.

Hafiz Rufizoğlu