Son dəqiqə

Türkiyə Qazaxıstan Rəcəb Tayyib Ərdoğan Türkiyə xarici işlər nazirliyi Kasım-Jomart Tokayev

Ərdoğanla Tokayev arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər barədə müzakirələr aparıb.

Bundan əlavə, hər iki lider noyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə toplantısının gündəliyinə daxil ola biləcək məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər