Bakı. TurkicWorld:
Ankarada hücuma cəhd edən terrorçulardan birinin kimliyi məlum olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama verib.
"DNT analizi nəticəsində terrorçulardan birinin PKK üzvü olan Kanivar Erdal kod adlı Həsən Oğuz olduğu müəyyən edilib. Digər terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi işləri davam etdirilir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 1 oktyabr tarxində Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







