Bakı. TurkicWorld:
Türkiyə Ermənistandakı atom elektrik stansiyasının bağlanmasında yaxından iştirak edir.
TurkicWorld-un məlumatına görə, Türkiyədən 16 kilometr uzaqlıqda yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının istismar müddəti bitdiyi üçün risk yaratdığı səbəbiylə tədbir görülməsi tələbi, Türkiyənin stansiyanı bağlamaq üçün davam edən səylərini ortaya qoyub.
Elektrik stansiyasının təhlükəsizlik şərtlərinin mövcud texniki standartlara cavab vermədiyi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) və Avropa İttifaqı kimi təşkilatlar tərəfindən müəyyən edilib və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində səylər davam etdirilir.
MAQATE rəsmiləri vaxtaşırı Ermənistana səfərlər edib, yoxlamalar aparıb və hər bir təhlükəsizlik missiyasından sonra ətraflı hesabat hazırlayırlar.
"Atom elektrik stansiyasının bağlanması həmin ölkənin müstəsna səlahiyyətindədir. Bununla belə, Ermənistanın da qoşulduğu Nüvə təhlükəsizliyi konvensiyasının icmal iclaslarında, nüvə təhlükəsizliyi konfransında və digər müvafiq platformalarda bu vurğulanır. Elektrik stansiyasının bütün region üçün yaratdığı risklər, MAQATE-nin baş konfranslarında ifadə edilir və beynəlxalq ictimaiyyətə lazımi çağırışlar bildirilir. Elektrik stansiyasının bağlanması şərtdir. Bu çərçivədə məsələ bundan sonra da yaxından izlənəcək",- deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyasında biri 1976-cı ildə, digəri isə 1980-ci ildə istismara verilmiş iki reaktor var. Hər iki reaktor 1989-cu ildə Ermənistanda, 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, iki nömrəli reaktor 1995-ci ildə təmir işlərindən sonra yenidən açılıb.
Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb və 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində, 2026-cı ilə qədər uzadılıb. Türkiyə elektrik stansiyasının fəaliyyətini dayandırmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə müraciət edib.
Avropa Birliyi də zəlzələ zonasında yerləşdiyi və köhnə texnologiyaya malik olduğu üçün stansiyanın bağlanmasını tələb edir.






