Son dəqiqə

Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

İraq-Türkiyə neft kəməri istifadəyə verilir

Bakı. TurkicWorld:

İraq-Türkiyə neft kəməri bu gündən istismara hazırdır və bu həftə ərzində işə düşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparsan Bayraktar açıqlama verib.

Məlumata əsasən, ilkin mərhələdə 500 min barel neftin nəqli nəzərdə tutulur.

Xatırladaq ki, Beynəlxalq Ticarət Palatasının (ICC) arbitraj işində İraqa təzminat cəriməsi ödəməsi qərarından sonra, 2023- cü il 25 mart tarixində Türkiyə İraqın şimalından boru kəməri ilə gündəlik 450 min barel neft ixracını dayandırıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər