İlon Maskı TEKNOFEST-də görməkdən çox məmnun olacağıq – Ərdoğan

İlon Maskı TEKNOFEST-də görməkdən çox məmnun olacağıq – Ərdoğan

Bakı. TurkicWorld:

İlon Maskı TEKNOFEST-də görməkdən çox məmnun olacağıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X (twitter) hesabında paylaşım edib.

“Hörmətli İlon Mask, sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də görməkdən çox məmnun olacağıq. İnanıram ki, əməkdaşlıq edərək bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcəyik.” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, İlon Musk TEKNOFEST-ə dəvət etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Tesla və SpaceX-in baş icraçı direktoru (CEO) İlon Mask gələn il TEKNOFEST-də şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.

Hafiz Rufizoğlu