Son dəqiqə

Azərbaycan Türkiyə Numan Kurtulmuş TBMM Qənirə Paşayeva

Numan Kurtulmuş Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş dünyasını dəyişən azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə Numan Kurtulmuş öz rəsmi sosial media hesabında paylaşım edib.

"Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfatını kədərlə öyrəndim. Bu münasibətlə görüşdüyümüz Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya başsağlığı verdik. Mərhum deputata Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycana başsağlığı diləyirəm",- deyə paylaşımda bildirilib.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Mövzuya görə xəbərlər