KAAN-ın katapult oturacağı ilk sınağını uğurla tamamlayıb (ÖZƏL)

KAAN-ın katapult oturacağı ilk sınağını uğurla tamamlayıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsi KAAN-ın katapult oturacağı İngiltərədə ilk sınağını uğurla tamamlayıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, ilk sınağın uğurla tamamlanmasından sonra ikinci sınaq da həyata keçiriləcək.

Məlumatda o da bildirilib ki, KAAN-ın katapult oturacağı İngiltərədən alınır.

Məlumat üçün bildirək ki, TUSAŞ tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Ləman Əsədli

Twitter: lamanasadli01