Son dəqiqə

Türkiyə Ömər Çelik AK Parti Qənirə Paşayeva

Ömər Çelik Qənirə Paşayevanın ölümü ilə bağlı türk dünyasına başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik millət vəkili Qənirə Paşayevanın ölümü ilə bağlı türk dünyasına başsağlığı verib.

TurkicWorld xəbər verir ki, o bu barədə öz rəsmi X (Twitter) hesabında paylaşım edib.

"Türk dünyasının fədakar nümayəndəsi Qənirə Paşayeva dünyasını dəyişdi. Allah rəhmət etsin", - deyə o pyalaşımında qeyd edib.

Xatırladaq ki, ötən gecə millət vəkili Qənirə Paşayeva vəfat edib. Deputat müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər