Türkiyənin Filyos-1 neft quyusunda qazma işlərinə başlanılıb

Türkiyənin Filyos-1 neft quyusunda qazma işlərinə başlanılıb

Bakı. TurkicWorld:

Türkiyənin Fatih gəmisi Qara dənizdəki yeni Filyos-1 neft quyusunda qazma işlərinə başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) öz rəsmi X (Twitter) hesabında bildirib.

Qeyd edək ki, uzunluğu 229 metr, eni 36 metr olan Fatih gəmisi 51 min 283 tondur.

Bundan əlavə, Türkiyə dənizdə neft və qaz kəşfiyyatı fəaliyyətini Fatih, Yavuz, Kanuni, Abdülhamid Han qazma gəmiləri, seysmik kəşfiyyat işlərini isə Oruç Rəis və Barbaros Hayrettin Paşa gəmiləri ilə həyata keçirir.

Ləman Əsədli

Twitter: lamanasadli01