Bakı. TurkicWorld:
Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler danışıb.
"Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi müqavilə tərəflərinin buna əməl edəcəyi idi. Lakin proses zamanı Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi. Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur",- deyə nazir bildirib.
Yaşar Güler vurğulayıb ki, tərəflərin yaxın günlərdə İspaniyada görüşəcəkləri görüşləri diqqətlə izləyirik. Bir daha ifadə etmək istəyirəm ki, biz həmişə olduğu kimi “iki dövlət, bir millət” anlayışı ilə can qardaşımız Azərbaycanın yanındayıq.
Aytac Süleymanova
Twitter: a_alieva_







