Türkiyə BMT Şimali Kipr Türk Respublikası Milli Təhlükəsizlik Şurası

Türkiyə Kipr türklərinin təhlükəsizliyinin qarantı olmağa davam edəcək - MGK

Bakı. TurkicWorld:

Türkiyə Kipr türklərinin təhlükəsizliyinin qarantı olmağa davam edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Təhlükəsizlik İclasında (MGK) qeyd edilib.

“Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələrinin Şimali Kipr Türk Respublikasının (KKTC) suverenliyinə və Kipr türklərinin ən əsas humanitar ehtiyaclarına qarşı ikili standartlı münasibət və fəaliyyətləri tərəfsizlik öhdəliyi ilə bir araya sığmır və onun nüfuzuna xələl gətirir. Bu çərçivədə, KKTC səlahiyyətliləri yazılı razılaşma yolu ilə Sülhməramlı qüvvələrin KKTC-dəki fəaliyyətinin qanuni əsasa qoyulması zərurətinin bir daha ortaya çıxdığı bildirib” – deyə MGK-nın açıqlamasında bildirilib.

Qeyd edilib ki, Türkiyə beynəlxalq hüquq və müqavilələrdən irəli gələn hüquqları çərçivəsində Kipr türklərinin təhlükəsizliyinin və sülhünün qarantı olmağa davam edəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər