Son dəqiqə

Türkiyə COVİD-19 Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyi

Türkiyədə yeni peyvənd proqramı tətbiq edilməyəcək - Fahrettin Koca

Bakı, AzerPress:

Türkiyədə "COVID-19" virusunun Eris variantı üçün yeni peyvənd tətbiq edilməyəcək.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

"Bəzi ölkələr Eris variantı üçün yeni peyvənd proqramları ilə bağlı təzyiqlərə tabe olur, lakin Türkiyə bu təzyiqlərə boyun əyməyəcək. Türkiyənin öz proqramı var və bu çərçivədən kənara çıxmayacaq. Hazırda Covid-19 üçün yeni peyvənd proqramını həyata keçirməyi qətiyyən düşünmürük", - deyə o vurğulayıb.

Qeyd edək ki, Fahrettin Koca 15 sentyabr tarixində Türkiyədə "COVID-19" virusunun Eris variantının yayılması ilə bağlı açıqlama verib.

Virusun əsas simptomları bunlardır:

1.Hərarət
2.Öskürək
3.Boğaz ağrısı
4.Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik
5.Əzələ ağrıları və ya əzələ zəifliyi
6.Baş ağrısı
7.Yorğunluq
8.Burun axması və ya tutulması
9.Dad və ya qoxu hiss etməmə
10.İshal

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər