Son dəqiqə

İzmir ASELSAN TEKNOFEST

ASELSAN yeni sistemlərini TEKNOFEST İzmirdə təqdim edəcək

Bakı. TurkicWorld:

ASELSAN yeni sistemlərini TEKNOFEST İzmirdə təqdim edəcək.

TurkicWorld-un məlumatına görə, ASELSAN, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST İzmirdə müdafiə sənayesi sahəsində 20 yeni sistemini ziyarətçilərə təqdim edəcək.

Bu çərçivədə TEKNOFEST İzmirdə, şirkətin Murad döyüş təyyarəsi burun radarı, döyüş dəbilqəsi inteqrasiya edilmiş idarə birliyi, Toygun Elektro Optik Sensor Sistemi, Karat İnfraqırmızı Axtarış və İzləmə Sistemi, Tolun Rəhbərlik Dəsti, Caretta Anti GNSS, AselFlir-600 Sensor Sistemi Optical, Ərtoğrul Bomba 20 sistemləri, o cümlədən məhvetmə robotu, Aslan Pilotsuz Yer Vasitəsi, Deringöz Avtonom Sualtı Vasitə, Zoka Akustik Torpedo Mübarizə Sistemi, GÜRZ Hava Hücumundan Müdafiə Sistemi, HİSAR A+ Raket Atış Sistemi də nümayiş etdiriləcək.

Bütün festival ərazisi ASELSAN tərəfindən milli resurslarla hazırlanmış 40 təhlükəsizlik kamerası ilə izləniləcək. Kameralardan çəkilən görüntülər TEKNOFEST koordinasiya ofisinə ötürüləcək. ASELSAN tərəfindən hazırlanan ARIN X-Ray Cihazı TEKNOFEST-in protokol giriş qapısında xidmət göstərəcək.

Qeyd edək ki, TEKNOFEST İstanbul və Ankaradan sonra 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə keçiriləcək.

İzmirdə beş gün davam edəcək festivalda aviasiya şouları, mükafat mərasimləri, simulyasiya sahələri, təhsil seminarları və səhnə şouları baş tutacaq.

Mövzuya görə xəbərlər