Roketsan müdafiə məhsulları ilə Türkiyəni ixracatda uğurla təmsil edir

Roketsan müdafiə məhsulları ilə Türkiyəni ixracatda uğurla təmsil edir

Bakı. TurkicWorld:

Roketsan müdafiə məhsulları ilə Türkiyəni ixracatda uğurla təmsil edir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Roketsan şirkətinin baş direktoru Murat İkinci deyib.

"Roketsan-ın xaricdəki rəqabətinə birbaşa təsir edən hissə biznes tərəfdaşlarımızdır. Hədəflərimiz böyükdür. Biz tez bir zamanda dünyanın 50 ən böyük müdafiə şirkətindən biri olmaq istəyirik. Buna nail olmaq və qlobal rəqabətdə fərqlənmək üçün təchizat zənciri və istehsal gücü çox vacibdir. Strategiyamızı yaradanda biz təkcə Roketsan-ı böyütmək və Roketsan-ın imkanlarını artırmaq deyil, həm də bizimlə işləyən bütün ekosistemimizi yüksəltməyi hədəfləyirik”,- deyə direktor qeyd edib.

Murat İkinci Roketsan-ın quru, dəniz və hava platformalarından buraxıla bilən ÇAKIR qanadlı raketi üzərindəki işləri haqqında məlumat verərkən bildirib ki, ÇAKIR-ın ilk uğurlu buraxılışını etdik. Bunun ilin sonuna doğru tam keyfiyyətli məhsulumuzu bazara çıxarmağı hədəfləyirik. Gələn ildən isə kütləvi istehsala başlanılacaq.

"Baykar ilə əməkdaşlığımız zamanı Akıncı platformamızdan 230 raket ixrac etdik. Əslində, bu onu göstərir ki, biz məhsullarımızı hazırlayıb bazara çıxartdıqca onlara tələbat sürətlə artır. Xüsusilə, dünyanın dövri quruluşuna nəzər saldıqda bir daha əmin oluruq ki, bu artım ən azı növbəti 10 il ərzində daha da sürətlə davam edəcək və həm Roketsan-ı, həm də ekosistemimizi çox sürətlə qlobal liqada daha yüksək mövqelərə daşıyacaq. Deyə bilərəm ki, biz artıq 2025-ci il hədəflərimizə çatmağa yaxınıq”,- deyə baş direktor əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_