İLTER Dron aşkarlama və bloklama sistemi Azərbaycana ixrac edilib (ÖZƏL)

İLTER Dron aşkarlama və bloklama sistemi Azərbaycana ixrac edilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi daxilində dron təhlükələrini zərərsizləşdirmək üçün inkişaf etdirilən İLTER sistemi Azərbaycana ixrac edilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə Türkiyədə həyata keçirilən sınaqlardan sonra İLTER J250 Pilotsuz Dron aşkarlama və bloklama sistemi və İLTER HP Mobil Yüksək Güclü GNSS sistemi modellərinin Azərbaycana ixracı həyata keçirilib.

Qeyd edək ki, İLTER J250 dron aşkarlama və bloklama sistemi RF sensorları ilə fırlanan və ya sabit qanadlı mini/mikro dronlara qarşı tam avtomatik aşkarlama işlərini yerinə yetirir. Ümumi gücü 250 vattdan çox olan sistem daxili batareyası ilə mobil və stasionar kampuslar üçün hazırlanıb. Çoxsaylı dron hücumlarına qarşı 360 dərəcə aşkarlama və bloklama qabiliyyətinə malik olan sistem GNSS diapazonlarında 8 kilometrə qədər məsafə və saxta koordinatları aşkarlaya bilir.

İLTER HP Mobil Yüksək Güclü GNSS Spoofing və ISM Bloklama Sistemi, uzun effektiv diapazonu və hərəkətliliyi ilə təhlükəsiz ərazilərdən 80 kilometrə qədər hədəf nöqtələrini bloklaya bilir.

4X4 qapalı qutu avtomobilə quraşdırılan sistem 24 saat fasiləsiz işləyə bilir.

Ləman Əsədli

Twitter: lamanasadli01