Ərdoğan Polşa prezidenti Duda ilə görüşüb

Ərdoğan Polşa prezidenti Duda ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa prezidenti Andjey Duda ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Ərdoğan öz rəsmi X (twitter) hesabında paylaşım edib.

"Polşa Prezidenti Andjey Duda ilə Nyu Yorkda "Türk evi"ndə keçirdiyimiz görüşdə ikitərəfli əlaqələrimizlə yanaşı, regional məsələləri də müzakirə etmək imkanımız oldu. Ümid edirəm ki, cənab Duda ilə görüşümüz ölkələrimiz və regionumuz üçün faydalı olacaq",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.