Son dəqiqə

Türkiyə ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Amerika kapitallı iki mindən çox şirkətə ev sahibliyi edir - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə Amerika kapitallı iki mindən çox şirkətə ev sahibliyi edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

"Ölkələrimiz arasında çox ciddi ticari potensial var. İnanıram ki, 100 milyard dollarlıq ticarət həcmi hədəfimizə birgə səylərimizlə nail olacağıq. Bu gün Türkiyə iki mindən çox Amerika şirkətinə ev sahibliyi edir. Avtomobil, kimya, əczaçılıq, enerji, texnologiya, logistika və maliyyə kimi bir çox sektorda fəaliyyət göstərən bu şirkətlər indiyədək ölkəmizə 14 milyard dollardan çox birbaşa investisiya yatırıblar. Ölkəmiz tədarük zəncirlərini şaxələndirmək istəyən Amerika şirkətləri üçün mühüm imkanlar təklif edir. Ölkəmizə sərmayə qoyan şirkətlərə və amerikalı sahibkarlara Türkiyə iqtisadiyyatına güvəndikləri üçün təşəkkür edirəm”,- Ərdoğan bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər